BAKI, 19 may. TELEQRAF

Qarabağda davam edən yol-nəqliyyat infrastrukturu layihələrinin siyahısı açıqlanıb.

Teleqraf xəbər verir ki, bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov WUF13 çərçivəsində Azərbaycan pavilyonunda "Münaqişədən sonrakı şəhərsalma: Məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması" mövzusunda tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, 77,6 km Suqovuşan–Sərsəng su anbarı–Qozlukörpü–Kəlbəcər avtomobil yolu, 33,8 km Suqovuşan–Kəlbəcər–Ağdərə–Ağdam avtomobil yolu, 13,9 km Əsgəran–Xocalı–Xankəndi avtomobil yolu, 22,1 km Bərdə–Ağdam–Əsgəran avtomobil yolunun tikinti işləri davam edir:

“24,2 km Tərtər–Ağdərə avtomobil yolu yenidən qurulur. 19,6 km Xankəndi şəhərində daxili yolların tikintisinin I mərhələsi çərçivəsində işlər aparılır”.