BAKI, 19 may. TELEQRAF
"Latın Amerikasında son siyahıyaalmalara əsasən, tək nəfərlik ailələrin sayı təxminən 20%-ə çatıb".
Teleqraf xəbər verir ki, bunu Çili Pontifik Katolik Universitetinin professoru Marqarita Qrin WUF13 çərçivəsində təşkil edilən "Qlobal Mənzil Böhranı: Plan nədir?" tədbirində panel sessiyada deyib.
O bildirib ki, artıq ailələr kiçilib və ailələrdə insan sayı azdır.
"Mən gənc olanda son siyahıya alınmada Çilidə elə bir ailədə 5 nəfər olurdu. Ailədə insan sayının azalması çox ciddi şəkildə artır. Artıq evlər daha kiçik və köhnədir. Ailələrdə uşaq sayı çox deyil. Buna görə də evləri təzələmirlər", - o vurğulayıb.