BAKI, 19 may. TELEQRAF

Xankəndi, Ağdərə və Xocalı inzibati ərazisində minadan təmizlənən ərazilərin sahəsi açıqlanıb.

Teleqraf xəbər verir ki, bu sözləri Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov WUF13 çərçivəsində Azərbaycan pavilyonunda "Münaqişədən sonrakı şəhərsalma: Məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması" mövzusunda tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Xankəndində 1456 hektar, Ağdərədə 10359 hektar, Xocalıda 9874 hektar ərazi minalardan və partlamamış hərbi suratlardan (PHS) təmizlənib:

"Görülən işlər zamanı Xankəndidə 23746 ədəd, Ağdərədə 5159 ədəd, Xocalıda 46752 ədəd sursat aşkarlanıb".