BAKI, 19 may. TELEQRAF

"Mənzil təminatı problemi sadəcə iqtisadi problem deyil, qlobal demokratiyanın və bərabərliyin təməlini sarsıdan təhlükəyə çevrilir".

Teleqraf xəbər verir ki, bunu Birləşmiş Şəhərlər və Bələdiyyələrin (UCLG) Baş katibi Emilia Saiz WUF13 çərçivəsində təşkil edilən "Qlobal Mənzil Böhranı: Plan nədir?" tədbirində deyib.

"Bu məsələ getdikcə rəqəm və miqyas baxımından artır. Düşünürəm ki, mənzil təminatını yanlış yerlərdə planlaşdırırıq. Yanaşmanı dəyişməliyik. Qeyri-rəsmi məskənlərdə yaşayan insanların mənzildən çıxarılmasının qarşısını almalıyıq. Vəziyyəti birlikdə dəyişməliyik. Mənzil təminatını təkbaşına həll edə bilmərik. Sadəcə yerli hökumətlər deyil, digər strukturlar da buna cəlb olunmalıdır. Mənzil çatımlığı sahəsində ayrıseçkiliyi də aradan qaldırmağa çalışırıq", - o vurğulayıb.

E. Saizin sözlərinə görə, maliyyə arxitekturasını və quruculuğunu dəyişmək lazımdır: "Çünki investisiya çatışmazlığı var. Xüsusilə, bəzi ölkələrdə bu, daha dərindir. Beynəlxalq maliyyə infrastrukturu dəyişməlidir. Regional inkişaf bankları öz sözünü deməlidir".