BAKI, 19 may. TELEQRAF

"Şuşada 15 tarixi abidənin konservasiya işlərinə başlayacağıq".

Teleqraf xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonundakı xüsusi nümayəndəsi Aydın Kərimov WUF13 çərçivəsində Azərbaycan pavilyonunda "Münaqişədən sonrakı şəhərsalma: Məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması" mövzusunda tədbirdə çıxışı zamanı deyib.

O, bildirib ki, bu günə kimi 27 tarixi abidə, 5 məscid, 3 kilsə bərpa olunub:

"Abidələrin bir çoxları sıfırdan bərpa olunub. Onların içərisində karvansaralar da var. Bu işlər davam edəcək. Şuşada 15 tarixi abidənin konservasiya işlərinə başlayacağıq. Bu məsuliyyəti bir layihədir. Yaxın zamanda xüsusi əhəmiyyətli abidə komplekslərinin layihələndirmə işləri başlanacaq".

Aydın Kərimov qeyd edib ki, kompleks 43 binadan ibarət olacaq:

"Binaların hündürlüyü beş mərtəbədən çox deyil. Layihə şəhərin təbii memarlıq üslubunun qorunmasına hesablanıb".