BAKI, 19 may. TELEQRAF

Şəhərsalma planlaşdırması strateji bir alətdir, sosial aləti də özündə birləşdirir.

Teleqraf xəbər verir ki, bunu WUF13-ün Milli Koordinatorunun müavini Gülşən Rzayeva WUF13 çərçivəsində təşkil edilən "Qlobal Mənzil Böhranı: Plan nədir?" tədbirində deyib.

O bildirib ki, hər maraqlı tərəfdaşın şəhər ekosistemində rolu var.

"Bugünkü görüşdə də məqsəd problemləri müzakirə edib həlləri tapmaqdır. Mənzil quruculuğu nəqliyyata, təhsilə, səhiyyəyə və başqa prinsiplərə əlçatanlıq əsasında olur. Güclü tərəfdaşlıq, beynəlxalq əməkdaşlıq prinsipi olduqca zəruridir. Dövlət, özəl sektor, icmalar birlikdə və uzunmüddətli işləməlidir. Aydın hədəflər, monitorinq sistemləri olmalıdır. Gəlin, qüvvələrimizi birləşdirək. Hər kəs üçün bərabər mənzil imkanları yaradaq", - o vurğulayıb.