BAKI, 19 may. TELEQRAF

Azad olunmuş ərazilərdə işğalın əsas fəsadları və onların dəhşətli nəticələri göz qabağındadır.

Teleqraf xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov WUF13 çərçivəsində Azərbaycan pavilyonunda "Münaqişədən sonrakı şəhərsalma: Məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması" mövzusunda tədbirdə çıxışı zamanı deyib.

O, bildirib ki, şəhərlər, kəndlər, infrastrukturlar təmiz dağıdılıb:

"Şuşanın mədəni tarixinə 100-dən çox abidə, tarixi, memarlıq abidələri dağıdılıb. 30-40 abidələr tamamilə məhv edilib. Şuşada 16 min insan məcburi köçkün düşməyə məcbur qalıb. Ərazidə ekoloji balans tam pozulub".