BAKI, 19 may. TELEQRAF

Son 5 il ərzində Qarabağda bərpa işləri aparılır.

Teleqraf xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov WUF13 çərçivəsində Azərbaycan pavilyonunda "Münaqişədən sonrakı şəhərsalma: Məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması" mövzusunda tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Şuşa şəhəri azad olunduqdan sonra bərpa quruculuq işləri başlayıb:

"Bir neçə il ərzində sürətlə inkişaf edib. Müxtəlif platformalarda həm milli, həm beynəlxalq səviyyədə məlumatlar vermişik".