BAKI, 19 may. TELEQRAF

Bu gün və bundan sonrakı günlərdə mənzil böhranı ilə bağlı aparılacaq müzakirələr öz nəticəsini verəcək.

Teleqraf xəbər verir ki, bunu BMT-nin icraçı direktoru Anaklaudiya Rossbax WUF13 çərçivəsində təşkil edilən "Qlobal Mənzil Böhranı: Plan nədir?" tədbirində deyib.

O bildirib ki, mənzil böhranı məsələsi qlobal böhrandır.

"Sistemi möhkəmləndirmək lazımdır. Ailələrin yarısı öz gəlirlərinin 3-də birindən çoxunu mənzil üçün xərcləyirlər. Bu əlçatanlıqdan uzaqdır. Bir çox ailələr hələ də problemli zonalarda yaşayır".

2050-ci ilə qədər dünya əhalisinin artacağı deyən BMT rəsmisi şəhərlərə sürətli axına diqqət çəkib:

"İnsanlar şəhərlərə gəlirlər. İnkişafın və artımın əsası şəhərlərdədir. Bu yumşaq keçid deyil, urbanizasiyanın sürətli inkişafıdır. Buna hazır olmalıyıq, öz gücümüzü artırmalıyıq", - o vurğulayıb.

Anaklaudiya Rossbax deyib ki, ev məsələlərinin həlli siyasət məsələsi olmalıdır: "İnteqrasiya, planlaşdırma olmalıdır. Torpaqla bağlı siyasət olmalıdır. Qeyri-formal məskənlər təcili şəkildə həll edilməlidir. Qeyri-formal məskənlər milyonlarla insanı təmin edir. Artıq bununla bağlı beynəlxalq, ölkə və regionlar səviyyədə layihlər var. Münasib evlər əl çatan olmalıdır. Kifayət qədər ehtiyatda olan mənzil yoxdur. Aşağı gəlirli insanlar üçün əlçatan və münasib binalar olmalıdır".

Onun sözlərinə görə, kiçik və orta səviyyəli şirkətlərdə bir çox təcrübələrin şahidi olmuşuq: "Bir çox ölkələrdə bu cür gəlirli insanlar üçün evlər tikilib. Çevik həll yolları olmalıdır. Əngəlli insanları da nəzərdə saxlamalıyıq. Ölkələr özləri həll yolları tapmağa çalışırlar. Mikromaliyyələşdirmə ilə bağlı nümunələr göstərmək olar. Siyasi məsələlər, çağırışlar var. Yaradıcı olmalıyıq, kompakt işlər görülməlidir. Son mesajım olaraq deməliyəm ki, birlikdə işləməliyik".