BAKI, 19 may. TELEQRAF

Məsələ yalnız gəncləri müzakirəyə daxil etmək deyil, həm də onları müzakirələrin mərkəzinə yerləşdirməkdir.

Teleqraf xəbər verir ki, bunu Barbadosdan olan iqlim və kənd təsərrüfatı sahəsində innovator və sahibkar Coşua Forte WUF13 çərçivəsində təşkil edilən "Uşaq və Gənclər Qrupu" tədbirində deyib.

O bildirib ki, yəni gənclər təkcə müzakirələrin bütün mərhələlərində deyil, eyni zamanda qərar qəbuletmə prosesinin bütün mərhələlərində iştirak etməlidirlər.

"Bunu Uşaq və Gənclər Assambleyalarında da vurğulamışdıq. Bu həftənin qalan hissəsində məni ən çox maraqlandıran mövzu dayanıqlı şəhərsalma və ağıllı şəhər həllərinin sürətlə inkişaf edən icmalarda həyat keyfiyyətini necə yaxşılaşdıra biləcəyidir", - o vurğulayıb.