BAKI, 18 may. TELEQRAF

"Bakıda növbəti dəfə unudulmaz bir tədbir təşkil olunub".

Teleqraf xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiç Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) açılış mərasimindəki çıxışı zamanı bildirib.

Serbiya lideri yüksək qonaqpərvərliyə və Bakıda növbəti dəfə təşkil olunan bu gözəl, unudulmaz tədbirə görə ilk növbədə Azərbaycan xalqına təşəkkürünü ifadə edib.

Aleksandar Vuçiç forumun yüksək səviyyədə keçirilməsinə görə həmkarı və dostu Azərbaycan Prezidenti İlham Əliyevə xüsusi minnətdarlığını çatdırıb.