BAKI, 16 may. TELEQRAF
WUF13 iştirakçılarının tədbir məkanına rahat çatması üçün ödənişsiz nəqliyyat xidməti təşkil olunub.
Teleqraf xəbər verir ki, iştirakçılar https://map.wuf13.az xəritəsi vasitəsilə özlərinə ən yaxın nəqliyyat mübadilə mərkəzini müəyyən edərək WUF13 avtobusları ilə tədbir məkanına gələ biləcəklər.
Qeyd olunub ki, tədbir məkanına giriş A zonasında yerləşən Qeydiyyat Mərkəzi vasitəsilə olacaq. Avtobuslar iştirakçıları birbaşa həmin mərkəzə çatdıracaq.