BAKI, 27 sentyabr. TELEQRAF

Vətən müharibəsində qəhrəmancasına həlak olan baş leytenant Həsənağa Şakir oğlu Abdullazadə şəhid olduqdan 112 gün sonra torpağa tapşırılıb.

Bunu Teleqraf-a açıqlamasında şəhidin anası Səmilə Abdullayeva Vətən müharibəsinin 6-cı ildönümü ilə əlaqədar Hərbi Memorial Məzarlığı ziyarəti zamanı deyib.

O, Həsənağa Abdullazadənin ailənin yeganə övladı olduğunu qeyd edib:

“Oğlum 1993-cü il martın 9-da anadan olub. Oktyabrın 2-də şəhid olsa da, nəşini yalnız 112 gün sonra dəfn edə bildik. Şəhid xəbərini bir az tez alsaq da, nəşi bizə gec təhvil verildi. O, öndə gedən zabit idi, 6 il ön cəbhədə xidmət etmişdi. 8 il Cəmşid Naxçıvanski adına Hərbi Liseydə və Heydər Əliyev adına Hərbi İnstitutda təhsil almışdı. Ailənin tək övladı olmasına baxmayaraq, öz arzusu ilə hərb sahəsini seçdi. Mən elə bilirdim ki, o məni – anasını həyatda hamıdan çox sevir. Amma anladım ki, onun üçün öncə Vətən, sonra ana gəlirmiş...”, - şəhid anası vurğulayıb.