BAKI, 13 avqust. TELEQRAF

Mərhum xalq artisti, millət vəkili Amaliya Pənahovaya aid qılınc Türkiyədə satışa çıxarılıb.

Teleqraf-ın xəbərinə görə tanınmış aktrisanın 1993-cü ildə Türkiyədə bir quruma və ya şəxsə hədiyyə etdiyi qılınc auksion saytlarının birində yer alıb.

Hədiyyə qılıncın üzərində yazılıb: “Türkiyə Cümhuriyyətinin yaranmasının 70 illiyi şərəfinə! Bakı Bələdiyyə Teatrından. Amaliya Əliş qızı Pənahova. 29.10.1993”.

Xatırladaq ki, Amaliya Pənahova 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaradıb, bu teatra orta və yaşlı nəsillə yanaşı, gənc istedadlı aktyorları da cəlb edib.

Xalq artisti 2018-ci ildə vəfat edib.