BAKI, 13 avqust. TELEQRAF

Bakıda fəaliyyət göstərən tam orta ümumtəhsil müəssisələrində yeni təmayül təhsil modeli üzrə bu günədək 7000-dən çox şagird elektron sistem üzərindən qeydiyyatdan keçib.

Teleqraf xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat yayıb.

Bildirilib ki, yeni təmayül tədris modelinə X-XI sinif şagirdlərinin qeydiyyatı sentyabrın 1-dək davam edəcək.

Qeyd edilib ki, 2026-2027-ci tədris ilində yeni təmayül tədris modeli Bakı şəhərindəki 31 ümumi təhsil müəssisəsini əhatə edəcək. Belə ki, paytaxt üzrə 313, 136, 71, 88, 182, 290, 106, 116, 337, 96, 239, 26, 320, 114, 263, 194, 253, 21, 283, 196, 45, 19, 227, 135, 302, 104, 51, 144, 262 nömrəli tam orta məktəblər, həmçinin 70 və 299 nömrəli məktəb-liseydə yeni təmayül tədris modelinin tətbiqinə başlanılacaq.