BAKI, 13 avqust. TELEQRAF
ABŞ hərbçiləri İran limanlarına qarşı dəniz blokadasının iyulun ortalarında yenidən tətbiqindən indiyədək 59 kommersiya gəmisinin hərəkət istiqamətini dəyişdirib.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
“Avqustun 12-nə olan məlumata görə, ABŞ Silahlı Qüvvələri 59 kommersiya gəmisinin istiqamətini dəyişib, üç gəmini sıradan çıxarıb, daha iki gəminin göyərtəsinə çıxıb”, – komandanlığın açıqlamasında bildirilib.
Qeyd edək ki, avqustun 9-da CENTCOM İranın dəniz blokadasının icrası çərçivəsində 55 kommersiya gəmisinin istiqamətinin dəyişdirildiyini, iki gəminin sıradan çıxarıldığını və daha iki gəminin göyərtəsinə hərbçilərin çıxdığını açıqlamışdı.
Beləliklə, son məlumatlara əsasən, bir neçə gün ərzində istiqaməti dəyişdirilən kommersiya gəmilərinin sayı daha dörd ədəd artıb.