BAKI, 12 avqust. TELEQRAF
Dövlət Sərhəd Xidmətinin Akademiyasının “Sərhəd təhlükəsizliyi və idarəetmə” ixtisası üzrə plan yerlərinin komplektləşdirilməsi məqsədilə əlavə sənəd qəbulu elan edilir.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Bildirilib ki, hazırkı sənəd qəbulunda cari ildə I, II, III və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının hər hansı birində iştirak edərək ümumi 170 və daha çox bal toplayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər.
Qeyd edilib ki, abituriyentlər 13-14 avqust 2026-cı il tarixlərində Dövlət Sərhəd Xidmətinin Aparatına (Bakı şəhəri, Z.Əliyeva küçəsi, 76) müraciət edə bilərlər.