BAKI, 13 avqust. TELEQRAF
Özbəkistandan Qırğızıstana gətirilən 28 ton tərəvəz sərhəd-keçid Məntəqəsindən geri qaytarılıb.
Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 23 ton soğan və 5 ton yerkökünün yoxlanışı zamanı mütəxəssislər məhsulun qablaşdırılmasında məcburi etiketləmənin olmadığını aşkar ediblər.
Qeyd olunub ki, etiketlənməmiş məhsulların idxalı Avrasiya İqtisadi Birliyinin (AİB) vahid karantin və fitosanitar tələblərinin pozulmasıdır. Aşkar edilmiş “qayda pozuntusu” səbəbindən yük idxalçı ölkəyə geri qaytarılıb.