BAKI, 13 iyun. TELEQRAF

"15 İyun - Milli Qurtuluş Günü münasibətilə ən səmimi təbriklərimi çatdırıram".

Teleqraf xəbər verir ki, bu sözləri Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) baş naziri Ünal Üstel Bakıda keçirilən Şimali Kiprin Mədəniyyət Günü çərçivəsində təşkil edilən mətbuat konfrasında deyib.

"15 İyun sadə bir tarix deyil, Azərbaycanın birlik və həmrəyliyinin yenidən gücləndiyi gündür. Mərhum Prezident Heydər Əliyevin ortaya qoyduğu dövlətçilik baxışı bu gün cənab İlham Əliyevin rəhbərliyi ilə daha da güclənib, Azərbaycanı regionda və Türk dünyasında söz sahibi olan bir ölkəyə çevirib. Bu gün güclü Azərbaycan təkcə Azərbaycan xalqının deyil, bütün Türk dünyasının qürur mənbəyidir.

Şimali Kipr Türk Cümhuriyyəti olaraq Azərbaycanın sevincini öz sevincimiz, uğurunu öz uğurumuz hesab edirik.

Çünki Azərbaycanın gücü Türk dünyasının gücüdür. Azərbaycanın uğuru Türk dünyasının uğurudur. Azərbaycanın yüksəlişi qardaş xalqların yüksəlişidir.

Bu münasibətlə qardaş Azərbaycan xalqının Milli Qurtuluş Gününü ürəkdən təbrik edir, birlik və bərabərliyinin daim olmasını arzulayıram", - deyə Baş nazir qeyd edib.