BAKI, 13 may. TELEQRAF
Mayın 14-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutulub.
Bu barədə Teleqraf-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Qeyd edək ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.