BAKI, 28 aprel. TELEQRAF

"Bakı və Abşeron yarımadasında seysmik risk daha yüksəkdir".

Teleqraf xəbər verir ki, bunu fövqəladə hallar nazirinin müavini, general-leytenant Adil Abdullayev "Azərbaycanın seysmik təhlükəliliyinin və seysmik riskinin qiymətləndirilməsi" mövzusunda keçirilən Respublika Elmi Konfransda deyib.

O bildirib ki, Böyük Qafqaz, Kiçik Qafqaz və Talış dağları da seysmik aktivliyi ilə seçilir.

"Risklərin azaldılması üçün kompleks tədbirlərin keçirilməsi vacibdir. Əhalinin maarifləndirilməsi, mütəmadi təlimlərin keçirilməsi də riskin azaldılmasında rol oynayır", - o vurğulayıb.

Nazir müavini seysmik xəritələrin yaradılacağını, xəritənin əsasən Bakı, Sumqayıt şəhərləri və Abşeron yarımadasını əhatə edəcəyini bildirib.