BAKI, 8 aprel. TELEQRAF

Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının komandanlığının təşkilatçılığı ilə 2026-cı ilin hazırlıq planına əsasən Mülki müdafiə qoşunlarının hərbi hissələri arasında çoxnövçülük və qol güləşi idmanı üzrə birincilik keçirilib.

Nazirlikdən Teleqraf-a verilən xəbərə görə, Azərbaycan Respubliksının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra yarışlara start verilib.

Yüz və min metrə qaçış və turnikdə dartınma növlərində yarışan idmançılar həm şəxsi, həm də komanda hesabında mübarizə aparıblar.

Yarışda komanda hesabında birinci yeri Şirvan şəhərinin komandası, ikinci yeri Bakı şəhərinin komandası, üçüncü yeri isə Gəncə şəhərinin komandası tutub.

Şəxsi göstəricilərə görə əsgər İntiqam Əsədzadə, əsgər Zaur Qəhrəmanov, əsgər Ariz Hüseynov, kapitan Ədalət Məmmədov müvafiq olaraq birinci, ikinci və üçüncü yerlərə nail olublar.

Qol güləşi üzrə 8 çəki dərəcəsində mübarizə aparan şəxsi heyət arasında birinci yerə 57kq-da əsgər Ruslan Məmmədov, 63kq-da əsgər Asiman Bağırov, 70kq-da baş leytenant Nicat İbrahimov, 78kq-da leytenant Etibar Kərimov, 86kq-da çavuş Çoşqun Məmmədzadə, 95kq-da gizir Qorxmaz Rzazadə, 105kq-da kapitan Elmar Bayramov və 105+ kq çəki üzrə çavuş Röyal Orucov nail olub.

Sonda komanda və şəxsi hesaba görə qalib gələn idmançılar kubok və medallarla təltif olunub.