ASTARA, 4 mart. TELEQRAF

İsveç və Çexiyanın diplomatik korpusunun əməkdaşları “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan təxliyə olunub.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, az öncə iki çex və bir İsveç diplomatı sərhəd məntəqəsindən Azərbaycana keçiblər.

Təxliyə prosesi müvafiq prosedurlar çərçivəsində həyata keçirilir və digər diplomatların da təhlükəsiz çıxışı təmin olunur.