BAKI, 2 mart. TELEQRAF
ABŞ və İsrailin İrana endirdiyi zərbələr nəticəsində yeddi iranlı generalın həlak olduğu bildirilir.
Teleqraf xəbər verir ki, bu barədə İranın "Tasnim" agentliyi məlumat yayıb.
Məlumata görə, ölənlərdən beşi İran Silahlı Qüvvələrinin elit hissəsi sayılan İslam İnqilabı Keşikçiləri Korpusunda (SEPAH) xidmət edib.
Həlak olanlar arasında İran Silahlı Qüvvələrinin Ali Baş Komandanının ofisinin rəhbəri general Məhəmməd Şirazi, Hərbi Hava Qüvvələrinin generalı Möhsən Dareh Baği, eləcə də SEPAH generalları Saleh Əsədi, Əkbər Ebrahim-zadə, Qolam Rza Rezayan, Bəhram Hüseyni Motləq və Həsən Əli Tacik yer alır.