ASTARA, 28 fevral. TELEQRAF

İrandan Azərbaycan vasitəsilə təxliyə olunacaq xarici vətəndaşları mənsub olduqları ölkələrin Bakıdakı səfirliklərinin əməkdaşları qarşılayacaq.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, əcnəbilərin vətəndaşı olduqları ölkələrin Azərbaycandakı səfirliklərinə məxsus avtomobillər tədricən Astara sərhəd-keçid məntəqəsinə gəlməyə başlayıblar.

Təxliyə prosesinə gecə saatlarında başlanması ehtimal olunur, hazırki saatlara qədər isə sərhədi yalnız Azərbaycan vətəndaşları keçib.

Hazırda sərhəd buraxılış məntəqəsində təşkilati və koordinasiya işləri davam etdirilir.