BAKI, 4 mart. TELEQRAF
“İrandakı radikal islamçılar məğlub olublar, bunu özləri də bilirlər”.
Teleqraf xəbər verir ki, bunu ABŞ müdafiə naziri Pit Heqset deyib.
“Daha böyük qüvvə yoldadır. İndiyə qədər olan nəticələr əladır. Bu kampaniya əvvəlki əməliyyatdan (12 günlük müharibədən) yeddi dəfə daha intensivdir, tempi artıracağıq”, o bildirib.
Pit Heqset İsrail Hərbi Hava Qüvvələrinin da tapşırıqları heyrətamiz səmərəliliklə yerinə yetirdiyini qeyd edib: “Bu qədər effektiv tərəfdaşla işləmək sevindiricidir”.
Müdafiə naziri əlavə edib ki, İran artıq əvvəlki qədər raket ata bilmir:
“Bizim və müttəfiqlərimizin isə hava hücumundan müdafiə sistemləri üçün kifayət qədər ehtiyatları var”.