2026-cı ilin yanvar ayı ərzində xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 151 232 nəfər olub.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Bildirilib ki, onların 114 358 nəfəri yaşa, 14 112 nəfəri əlilliyə, 22 762 nəfəri isə ailə başçısını itirməyə görə pensiya alıb.