İsveç Krallığının Malmö şəhərində vəfat edən Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyevin cənazəsi Azərbaycana gətirilib.
Teleqraf xəbər verir ki, cənazə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və təşkilatçılığı ilə vətənə gətirilib.
Təyyarə saat 20:56 radələrində Bakıya enib.
Qeyd edək ki, mərhumla vida və dəfn mərasimi yanvarın 16-da saat 11:00-da Hərbi Memorial Məzarlıqda (II Fəxri Xiyaban) keçiriləcək.