BAKI, 15 yanvar. TELEQRAF

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sabiq hakimi, əməkdar hüquqşünas Rafael Sergeyeviç Qvaladze uzunsürən xəstəlikdən sonra bu gün vəfat edib.

Teleqraf xəbər verir ki, Rafael Qvaladze uzun illər Azərbaycan Respublikasında hüquqi dövlət quruculuğu, məhkəmə hakimiyyətinin formalaşdırılması və ədalət mühakiməsinin səmərəliliyinin artırılması istiqamətində məsul vəzifələrdə çalışıb.

O, ömrünün 50 ildən çoxunu məhkəmə sisteminin inkişafına həsr edib.

Rafael Qvaladze Azərbaycan Respublikasının "Əməkdar hüquqşünası" fəxri adına layiq görülüb, "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" və 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.