BAKI, 11 yanvar. TELEQRAF
Sabah ölkənin bəzi magistral yollarında görünüş məsafəsi məhdudlaşdırıla bilər.
Teleqraf xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilir ki, yanvarın 12-də ölkə ərazisinin bəzi yerlərində dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı ehtimalı var.