ZƏNGİLAN, 13 mart. TELEQRAF

Azad edilmiş ərazilərdə tullantıların (istehsalat, bərk məişət, təhlükəli və tibbi) idarə edilməsi üçün infrastrukturun yaradılması nəzərdə tutulub.

Teleqraf-ın Zəngilana ezam olunmuş müxbiri xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Amil Səfiyev İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi qrupunun növbəti iclasında deyib.

O bildirib ki, Füzuli və Zəngilan ötürücü məntəqələrinin tikintisi nəzərdə tutulub.

"Həmçinin Xocalı, Xocavand, Ağdərə, poliqonlarının tikintisi, Ağdam və Cəbrayıl poliqonlarının tikintisi, Qubadlı, Kəlbəcər və Laçın poliqonlarının tikintisi nəzərdə tutulub", - o vurğulayıb.