BAKI, 13 mart. TELEQRAF
İnşaat Kolleci və Sumqayıt Musiqi Kollecinə yeni təyinatlar olub.
Bu barədə Teleqraf-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Dövlət Agentliyinin müvafiq əmrinə əsasən, Şamama Əmirova Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecinə, Aysel Səfixanova isə Sumqayıt Musiqi Kollecinə tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin ediliblər.