BAKI, 26 dekabr. TELEQRAF
Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Sumqayıt şəhəri, 4-cü mkr, C.Cabbarlı küçəsində fəaliyyət göstərən “Banu” şirniyyat istehsalı müəssisəsində plandankənar yoxlama keçirib.
Bildirilib ki, müəssisə fiziki şəxs Süleymanova Təranə Saleh qızına məxsus olub.
Baxış zamanı müəssisədə texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, kremli qənnadı məmulatlarının temperatur rejiminə əməl edilmədən saxlanıldığı, istifadə olunan suyun filtrasiyadan keçirilmədiyi, sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, istehsal sahəsində döşəmə və divarların asan təmizlənən, dezinfeksiyaya davamlı materialla üzlənmədiyi, havalandırma sisteminin qurulmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar aşkarlanıb.
Faktla bağlı müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.