BAKI, 17 noyabr. TELEQRAF

“STEAM hərəkatı yüz minlərlə insanın həyatını yaxşılığa doğru dəyişib”.

Teleqraf xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev STEAM Azərbaycan Festivalı (SAF 2025) çərçivəsində keçirilən açılış mərasimində deyib.

Nazir bildirib ki, bu günədək STEAM tədrisinə 50 dəfədən çox şagird cəlb olunub:

“Artıq beynəlxalq səviyyədə bu layihə ilə qürur duyuruq. Burada təqdim edilən layihələri idarə etmək ciddi elmi zövq və yanaşma tələb edir. Bu, əslində bir təhsil islahatıdır və hər il genişlənməkdədir. İnanıram ki, 2027–2030-cu illərdə bu istiqamət Azərbaycan təhsilinin aparıcı məzmununa çevriləcək. Növbəti tədris ilindən etibarən STEAM tədrisi üzrə müəllim hazırlığı Qarabağ Universitetində həyata keçiriləcək. Həmçinin layihə universitetdə fənn kimi tədris olunacaq.
Bu addım həmin bölgədə STEAM təhsilinin daha da genişləndirilməsi və peşəkar kadr təminatının gücləndirilməsi məqsədi daşıyır”.