BAKI, 26 aprel. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp ABŞ və İran nümayəndələri arasında danışıqların istənilən vaxt telefonla davam etdirilə biləcəyini bildirib.
Teleqraf xəbər verir ki, Amerika lideri Florida ştatının Palm Biç şəhərindən Vaşinqtona uçmazdan əvvəl jurnalistlərin suallarını cavablandıdıb.
"Yəqin ki, eşitmisiniz ki, biz onların (xüsusi nümayəndə Stiv Uitkof və sahibkar Cared Kuşner) Pakistana səfərini ləğv etdik. Bizə kifayət etməyən sənəd almaq üçün uçuşlarda 15 saat sərf etmək niyyətində deyilik", - deyə Tramp qeyd edib.
Amerika prezidenti bildirib ki, danışıqlar telefonla aparılacaq: "Onlar bizə istənilən vaxt zəng edə bilərlər. Biz indi İrana kimin rəhbərlik etdiyini bilmirik. Kim rəhbərlik edirsə, onunla danışıqlar aparmağa hazırıq. Onlar istədikləri vaxt mənə zəng edə bilərlər".