BAKI, 26 aprel. TELEQRAF

İran tərəfi hesab edir ki, ABŞ Prezidenti Donald Trampın ritorikasını yumşaltması Tehranın Vaşinqtonla dialoqu bərpa etməsinə şərait yarada bilər.

Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, İran Pakistan vasitəsilə ABŞ-yə çatdırıb ki, Vaşinqtonun təhdidlərinin dayandırılması ölkə daxilində sərt mövqedə olan qüvvələri danışıqların bərpasına razı salmağa kömək edə bilər.

Nəşr bildirir ki, əgər İranın xarici işlər naziri Abbas Əraqçi vasitəçilərlə məsləhətləşmələrdən sonra Vaşinqtonla razılaşmanın mümkün olduğunu hesab edərsə, tərəflər yaxın günlərdə görüş keçirə bilər.