BAKI, 26 aprel. TELEQRAF

İsrail ordusu Livanın cənub bölgələrində “Hizbullah” təşkilatına məxsus hərbi infrastruktura qarşı bir neçə zərbə endirdiyini bəyan edib.

Teleqraf xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hücumların hədəfi şiə təşkilatı “Hizbullah”ın hərbi obyektləri olub. İsrail hərbçiləri qeyd edib ki, ölkənin mülki əhalisinə və orduya yönələn təhdidlərə qarşı sərt cavab verməyə davam edəcəklər.

“İsrail Müdafiə Ordusu İsrail vətəndaşlarına və hərbçilərinə qarşı təhdidlərə siyasi rəhbərliyin göstərişlərinə uyğun olaraq qətiyyətlə cavab verməkdə davam edəcək”, – deyə açıqlamada vurğulanıb.

Qeyd edək ki, aprelin 25-i axşam saatlarında İsrailin baş naziri Benyamin Netanyahunun orduya Livandakı “Hizbullah” obyektlərinə “güclü zərbələr” endirilməsi ilə bağlı göstəriş verdiyi bildirilmişdi.