BAKI, 26 aprel. TELEQRAF
ABŞ Silahlı Qüvvələri İranın dəniz blokadası çərçivəsində 37 gəmini başqa istiqamətə yönləndirib.
Teleqraf xəbər verir ki, bu barədə Pentaqonun Mərkəzi Komandanlığı məlumat yayıb.
Məlumat hərbi qurumun “X” sosial şəbəkəsindəki rəsmi hesabında dərc olunub.
“Blokadanın başlanmasından bu yana 37 gəmi başqa istiqamətə yönləndirilib”, – deyə açıqlamada bildirilir.