BAKI, 25 aprel. TELEQRAF

Rusiyanın Buxarestdəki səfiri Rumıniya Xarici İşlər Nazirliyinə çağırılıb.

Teleqraf xəbər verir ki, buna səbəb dünən gecə Qalati bölgəsində Ukraynanın mülki infrastrukturuna zərbə endirmək üçün istifadə edilən Rusiya pilotsuz təyyarəsinin aşkarlanması olub.

Ukraynanın mülki infrastrukturuna zərbə endirmək üçün istifadə edilən Rusiya pilotsuz təyyarəsi Rumıniya ərazisində zərərsizləşdirilib.

"Rusiya Federasiyası əhalinin təhlükəsizliyini təhdid edə biləcək yeni məsuliyyətsiz hərəkətlər edərək Rumıniya hava məkanının suverenliyini pozub. Bu, beynəlxalq hüququn əsas prinsiplərini pozan məsuliyyətsiz və təxribatçı bir hərəkətdir. Dörd ildən çoxdur ki, Rusiya Ukraynaya qarşı qanunsuz müharibə aparır. Bu, təkcə suveren qonşuya qarşı qəddar imperialist təcavüz aktı deyil, həm də regional və qlobal sülh və təhlükəsizliyin pozulmasıdır" - bəyanatda qeyd olunur.