BAKI, 25 aprel. TELEQRAF
Azərbaycanın sərbəst güləşçisi Cəbrayıl Hacıyev (79 kq) Albaniyada təşkil olunan Avropa çempionatında bürünc medal qazanıb.
Teleqraf xəbər verir ki, o, Şimali Makedoniyanı təmsil edən Rasul Şapiyevi 8:0 hesabı ilə məğlub edib.
Azərbaycanın digər güləşçisi Rəşid Babazadə (65 kq) bürünc medal görüşündə ermənistanlı Vazgen Tevanyana 0:7 hesabı ilə uduzub.