BAKI, 25 aprel. TELEQRAF
“İran rəhbərliyi daxilində böyük daxili çəkişmələr və qarışıqlıq var. Orada kimin nədən məsul olduğu bilinmir. Bütün kartlar bizdədir, onların isə heç nəyi yoxdur. Danışmaq istəsələr, sadəcə zəng etməlidirlər”.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth” sosial media hesabında bildirib.
Tramp həmçinin ABŞ rəsmilərinin iranlılarla görüşmək üçün Pakistan səfərini ləğv etdiyini təsdiqləyib.
"Bu cür səfərlərə çox vaxt və iş sərf olunur" - ABŞ lideri qeyd edib.