FÜZULİ, 8 noyabr. TELEQRAF
Füzuli şəhərində 8 noyabr - Zəfər Günü münasibətilə "Zəfərin mübarək, Azərbaycan" adlı konsert təşkil edilib.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bayram tədbiri çərçivəsində Kurmanqazi Uşaq Yaradıcılıq Mərkəzində şagirdlərinin əl işlərindən ibarət açılan sərgiyə baxış keçirilib, həmçinin “Zəfər günü uşaqların gözü ilə" adlı ustad dərsləri təşkil olunub.
Şagirdlər dağıntılardan geriyə qalan daşlar üzərində əl işlərini nümayiş etdiriblər.
Daha sonra tədbir konsert proqramı ilə davam edib.
Tədbirdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin, nümayəndəliyin əməkdaşları, şəhid ailələri, müharibə iştirakçıları Füzuli şəhər sakinləri iştirak ediblər.
Konsertdı vətənpərvər ruhda mahnılar səsləndirilib, rəqs nümunələri izlənilib.
Qeyd edək ki, axşam saat 19:00- da Zəfər Günü münasibəti ilə Füzuli şəhərində atəşfəşanlıq nəzərdə tutulub.