ŞUŞA, 8 noyabr. TELEQRAF
Şuşada 8 Noyabr - Zəfər Günü münasibətilə atəşfəşanlıq olub.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Zəfər günü ilə bağlı Şuşa şəhərində keçirilən silsilə tədbirlər başa çatıb.
Günün yekununda möhtəşəm atəşfəşanlıq olub. Atəşfəşanlıq Qala qapısında təşkil edilib. Bayram atəşfəşanlığı Şuşa səmasını al - əlvan rənglərə boyayıb.

***
19:59
Şuşada 8 Noyabr Zəfər gününə həsr edilən silsilə tədbirlər davam edir.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Şuşa oteldə Qarabağ Universiteti və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə konsert proqramı keçirilib. “8 Noyabr - Zəfərin təntənəsi” adlı konsert proqramında tanınmış incəsənət nümayəndələri və Qarabağ Universiteti tələbələri rəngarəng nömrələrlə çıxış ediblər.
Konsert proqramında Şuşa sakinləri, Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin nümayəndələri, şəhid ailələrinin üzvüləri və müharibə iştirakçıları iştirak ediblər.
Şuşalı rəssamların əsəeləri Şuşada təşkil edilən Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş tədbirdə sərgilənib.
Bundan başqa Şuşa otelin foyesində şuşalı rəssamların əl işlərindən ibarət rəsm sərgisi də təşkil olunub. Rəsmlərdə Şuşanın tarixi, mədəni və təbiət abidələri əks etdirilir.
***
11:07
Zəfərin beşinci ildönümü ilə bağlı Şuşa şəhərində “8 Noyabr - Zəfərin təntənəsi” adlı silsilə tədbirlər keçirilir.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, 8 Noyabr - Zəfər günü ilə bağlı Şuşa şəhər 1saylı tam orta məktəbində də tədbir təşkil olunub. Məktəbin dəhlizində Zəfər günü mövzusunda şagirdlərin hazırladıqları əl işləri və rəsmlər sərgilənir.
Tədbirdə məktəblilərin zəfər gününə həsr etdikləri şeir kompozisiyası, rəqs və musiqi nömrələri nümayiş olunacaq.
Həmçinin Şuşa şəhər 1 saylı məktəbin şagirdləri və Qarabağ Universitetinin tələbələrinin birgə hazırladığı "Səninlə fəxr edirəm" adlı tamaşa göstəriləcək.
Qeyd edək ki, Zəfər günü ilə bağlı tədbirlər Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin dəstəyi keçirilir.