ZƏNGİLAN, 6 noyabr. TELEQRAF
"Azərbaycanın ən uzun dəmiryol körpüsü məhz Horadiz-Ağbənd dəmiryol xəttinin tikinti-quraşdırma işlərinin 2-ci mərhələsi çərçivəsində tikilib".
Teleqraf-ın Zəngilana ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Azərbaycan Dəmir Yolları (ADY) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Tikinti layihələrinin idarə olunması departamentinin tikinti meneceri Cavad Əlövsətov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, uzunluğu 771 metr olan körpü 23 aşırımdan ibarətdir.