BAKI, 26 aprel. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda keçirilən qəbul zamanı baş verən atışma ilə bağlı şübhəli şəxsin görüntülərini ictimaiyyətə təqdim edib.

Teleqraf xəbər verir ki, bu barədə Tramp “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

Paylaşılan şəkillərdə yarıçılpaq vəziyyətdə, əlləri arxadan qandallanmış halda yerdə uzanan kişi əks olunub. ABŞ lideri həmçinin müşahidə kameralarından əldə olunduğu bildirilən video görüntüləri də yayımlayıb.

Kadrlarda silahlı şəxsin nəzarət-buraxılış məntəqəsindən keçməyə cəhd etdiyi, bundan sonra mühafizəçilərin onun istiqamətinə atəş açdığı görünür.