XANKƏNDİ, 15 oktyabr. TELEQRAF
"Yaxın 2 il ərzində Şuşada küçə və yol şəbəkəmiz tamamilə yenidən qurulacaq".
Teleqraf xəbər verir ki, bu barədə Prezidentin Şuşadakı xüsusi nümayəndəsi Aydın Kərimov Xankəndidə keçirilən III Azərbaycan Milli Şəhərsalma Forumunda (NUFA3) bildirib.
Onun sözlərinə görə, şəhərdə bütün mühəndis kommunikasiya xətlərinin yüksək səviyyədə həyata keçirilməsi təmin ediləcək:
"Artıq bu iş hissə-hissə həyata keçirilir. Qeyd etmək istəyirəm ki, bu proses müəyyən qədər vaxt tələb edir, çünki Şuşa yaşayan şəhərdir, burada mövcud tarixi abidələr və digər infrastruktur elementləri işlərin gedişinə təsir edir".
O əlavə edib ki, tarixi əhəmiyyətindən danışsaq, Şuşa azərbaycanlılar üçün çox böyük rol oynayır, hər bir kəsim üçün xüsusi bir şəhərdir.
"Bu şəhərin ərazisində tarixi və çox dəyərli abidələr mövcuddur. Biz bütün işlərimizi planlı və sistemli şəkildə, diqqətlə həyata keçiririk".