BAKI, 13 oktyabr. TELEQRA.

“Sun Drops daxilə qəbul üçün məhlul-damcı 30 ml” əmtəə nişanlı bioloji aktiv qida məhsulunun növbəti partiyası məhv edilib.

Teleqraf xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində agentliyin əməkdaşları tərəfindən ümumi sayı 1011 ədəd olmaqla sözügedən əmtəə nişanlı bioloji aktiv qida məhsulu partiyasından nümunələr götürülüb.

"Məhsul "NES Group” MMC-nin İtalyadan idxal etdiyi, “İnalme s.r.l” müəssisəsinin istehsalı olub. Müayinələr nəticəsində məhsul partiyasının normativ sənədlərin tələblərinə cavab vermədiyi aşkarlanıb.

Faktla bağlı qəbul edilmiş müvafiq qərar əsasında məhsul partiyası məhv edilib", - məlumatda qeyd edilib.