BAKI, 25 sentyabr. TELEQRAF

Bu gün Bakıda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Gender bərabərliyi və gender-əsaslı ayrı-seçkilik” mövzusunda təlim keçirilib.

Teleqraf xəbər verir ki, təlim “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”nın 2.3.2 (Gender bərabərliyi və ayrı-seçkilik mövzularında kütləvi informasiya vasitələrinin əməkdaşlarının bacarıqlarının artırılması) bəndinə əsasən təşkil olunub.

Təlimdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova açılış nitqi ilə çıxış edib.

Daha sonra təşkilati inkişaf və gender məsələləri üzrə ekspert, təlimçi Məryəm Məcidova gender bərabərliyi və gender-əsaslı zorakılıq mövzusunda təlim keçib.

Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.