BAKI, 8 avqust. TELEQRAF

"Elmira Aslanova Azərbaycanda belə yüksək nöqtəyə qalxan 5 nəfərdən biridir".

Teleqraf xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova "Everest" zirvəsinə qalxmış alpinist Elmira Aslanovaya həsr edilmiş “Arzunun ardınca” sənədli filminin təqdimat mərasimində deyib.

O bildirib ki, Azərbaycan qadını bütün istiqamətlərdə uğur qazanmağa layiqdir.

"Elmira Aslanovanın həyatına nəzər saldıqda onun Gədəbəydən olduğunu öyrəndim. Gədəbəydə dağların qoynunda dünyaya gələn bir qadın, əlbəttə, Everestin zirvəsinə qalxacaqdı. Azərbaycan bütün istiqamətlərdə zirvəyə qalxır", - B. Muradova əlavə edib.