BAKI, 29 iyul. TELEQRAF

Qarabağ və Şərqi Zəngəzur son bir ayda 500 mindən artıq ziyarətçi qəbul edib.

Teleqraf xəbər verir ki, həmin ziyarətçilər yalnız yerli sakinlər və Vətənə qayıdan ailələr yox, həm də müxtəlif ölkələrdən gələn turistlər, sahibkarlar, investorlar, mədəniyyət və media nümayəndələri, eləcə də digər xarici qonaqlardır.

Bu, eyni zamanda, azad edilmiş ərazilərin artıq fəal proseslərin getdiyi dövrə qədəm qoyduğunu, bölgənin gələcək iqtisadi, mədəni və turizm potensialının nə qədər böyük olduğunu və reallaşdırılmağa başladığını göstərir.